AFFA təhqiredici jest göstərən futbolçunu cəzalandırıb

AFFA təhqiredici jest göstərən futbolçunu cəzalandırıb

Bakı. 22 noyabr. Bu il noyabrın 18-də Azərbaycan I divizionun XII turunun 'Bakılı' - 'Energetik' matçından sonra təhqiredici hərəkətə yol verən qonaqların futbolçusu Tural Məmmədov cəzalandırılıb.

'Xeberler.ru'un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İntizam Komitəsi futbolçuya 3 oyunluq cəza verib.

Bundan başqa, klub 160 manat cərimələnib. 'Energetik'in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat ziyana düşüb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər