AFFA rəhbərliyi Emin Mahmudovun soyadının yanlış yazılması ilə əlaqədar tədbir görüb

AFFA rəhbərliyi Emin Mahmudovun soyadının yanlış yazılması ilə əlaqədar tədbir görüb

Xorvatiya ilə səfərdə keçirdiyi Avropa çempionatının seçmə oyunu zamanı Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun soyadının forması üzərində yanlış yazılması ilə əlaqədar AFFA rəhbərliyi tədbir görüb. 

'Xeberler.ru'un qurumun rəsmi 'Facebook' səhifəsinə istinadən verdiyi məlumata görə, texniki səhv üzündən məsul şəxslərə ciddi xəbərdarlıq olunub. Mahmudovun formasında soyadı 'Makhmudıv' kimi yazılıb. Bu, 'Neftçi'nin yarımmüdafiəçisi 72-ci dəqiqədə meydana daxil olduğu vaxt diqqətdən yayınmayıb.  

Qeyd edək ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər