100-dən artıq futbolçu İngiltərə Premyer Liqasından kənarda qala bilər

100-dən artıq futbolçu İngiltərə Premyer Liqasından kənarda qala bilər

Bakı. 24 iyun. 100-dən artıq futbolçu İngiltərə Premyer Liqasında çıxış etmək hüququnu itirə bilər. 'Xeberler.ru'un məlumatına görə, buna səbəb İngiltərənin Avropa İttifaqından (Aİ) çıxmasıdır.

Aİ-yə daxil olan ölkələrin futbolçularının Premyer Liqada çıxışı sərbəst olsa da, ittifaqdan kənar ölkələrin oyunçuları bunun üçün öz ölkələrinin yığmalarında müəyyən qədər oyun keçirməlidirlər.

Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra İngiltərədə işə götürülmə üçün qaydaların futbolçulara münasibətdə yumşaldılacağı gözlənilir.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər