10 il ərzində futbolçu satışından ən çox gəlir əldə edən klubun adı müəyyənləşib

10 il ərzində futbolçu satışından ən çox gəlir əldə edən klubun adı müəyyənləşib

Son 10 ildə futbolçu satışından ən çox gəlir əldə edən klubun adı müəyyənləşib.

'Xeberler.ru' xəbər verir ki, İsveçrənin “CIES Football Observatory” şirkətinin araşdırmasına əsasən, Fransa 'Monako'su 1 milyard 29 milyon avro ilə ilk pillədə qərarlaşıb.

İngiltərə 'Çelsi'si 868 milyon avro ilə ikinci, İtaliya 'Yuventus'u isə 787 milyon avro ilə üçüncü yerdədir.

1. 'Monako' (Fransa) - 1, 29 milyard avro

2. 'Çelsi' (İngiltərə) - 868 milyon avro

3. 'Yuventus' (İtaliya) - 787 milyon avro

4. 'Benfika' (Portuqaliya) - 780 milyon avro

5. 'Real Madrid' - 763 milyon avro

6. 'Atletiko' (İspaniya) - 754 milyon avro

7-8. 'Roma' (İtaliya) - 726 milyon avro

7-8. 'Barselona' (İspaniya) - 726 milyon avro

9. 'Liverpul' (ingiltərə) - 716 milyon avro

10. 'Borussiya' (Dortmund, Almaniya) - 678 milyon avro

Qeyd edək ki, araşdırmalar 2010 - 2019-cu illəri əhatə edib. 

Reklamlar
Oxşar xəbərlər