​'Zirə' klubu albaniyalı futbolçu ilə müqavilə imzalayıb

​'Zirə' klubu albaniyalı futbolçu ilə müqavilə imzalayıb

Bakı. 23 iyun. 'Zirə' klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 'Xeberler.ru'un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 'qartallar' albaniyalı yarımmüdafiəçi Gerhard Proqni ilə müqavilə imzalayıb.

29 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Proqni son olaraq ölkəsinin 'Skenderbeu' klubunda çıxış edib. O, Albaniyanın U-19 və U-21 yığmalarının formasını geyinib.

Qeyd edək ki, 'Zirə' bunadək Tural Cəlilov ('Xəzər Lənkəran'), Yamin Ağakərimzadə ('Rəvan') və Murad Səttarlını (AZAL) heyətə cəlb edib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər