​'Zirə' 5 yoxlama görüşü keçirəcək

​'Zirə' 5 yoxlama görüşü keçirəcək

Bakı. 10 iyun. 'Zirə' futbol klubunun yeni mövsümə hazırlıq planı məlum olub. 'Xeberler.ru'un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 'qartallar' iyunun 20-də bir araya gələcək.

Əvvəlcə komanda üzvləri, iki günlük tibbi müayinədən keçəcəklər. Məşqlərə iyunun 22-də start veriləcək. Baş məşqçi Adil Şükürovun rəhbərliyi altında hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Komanda iyulun 16-dək ölkə daxilində məşq edəcək. Bu müddətdə 'Zirə' iki yoxlama oyununda da qüvvəsini sınayacaq.

İyulun 16-da 'Zirə' təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Boluda təşkil olunacaq hazırlıq zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Komanda Türkiyə toplanışını iyulun 30-da başa vuracaq.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər