​'Qarabağ' və 'Qəbələ'nin Avroliqada oyunlarının başlama saatı açıqlanıb

​'Qarabağ' və 'Qəbələ'nin Avroliqada oyunlarının başlama saatı açıqlanıb

Bakı. 12 avqust. Azərbaycanı Avropa Liqasında təmsil edən 'Qarabağ' və 'Qəbələ' komandalarının pley-off mərhələsindəki ilk görüşlərinin başlama saatı açıqlanıb. 'Xeberler.ru'un məlumatına görə, ilk olaraq 'Qəbələ' meydana çıxacaq.

'Qırmızı-qaralar' saat 21:00-da 'Bakcell Arena'da Yunanıstan 'Panatinaikos'u ilə üz-üzə gələcək. Bakı vaxtilə saat 23:00-da isə 'Qarabağ' səfərdə İsveçrə 'Yanq Boyz'unun qonağı olacaq.

Qeyd edək ki, ilk oyunlar avqustun 20-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər