​Orxan Hüseynzadə 'Zenit' - 'Benfika' matçında UEFA nümayəndəsi olacaq

​Orxan Hüseynzadə 'Zenit' - 'Benfika' matçında UEFA nümayəndəsi olacaq

Bakı. 25 noyabr. Azərbaycanlı Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

'Xeberler.ru' xəbər verir ki, həmyerlimiz noyabrın 26-da UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində, Sankt-Peterburqda keçiriləcək 'Zenit' (Rusiya) - 'Benfika' (Portuqaliya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

Matça baş hakim qismində 2014-cü il Dünya çempionatının finalında Almaniya və Argentina qarşılaşmasını (1:0) idarə edən italiyalı referi Nikola Rizzoli təyin olunub.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər