​İtaliyada baş məşqçilər hakimlik haqda danışmayacaqlar

​İtaliyada baş məşqçilər hakimlik haqda danışmayacaqlar

Bakı. 9 fevral. Futbol üzrə İtaliya A Seriyasında çıxış edən komandaların baş məşqçilərinin hakimlik haqda danışmalarına məhdudiyyət qoyulub. 'Xeberler.ru'un məlumatına görə, bu barədə İtaliya Məşqçilər Assosiasiyasının prezidenti Rentso Ulivyeri açıqlama verib.

O, klubların məşqçiləri və idman direktorları ilə danışıqların yekunu olaraq hakimlərin işinin müzakirə olunmaması ilə bağlı razılıq əldə etdiklərini deyib: 'Bundan sonra məşqçilər hakimlərin işi, verdikləri cəzalarla bağlı danışmayacaq. Çünki hakimlər onlara cavab verə bilmir. Bu isə ədalətsiz görünür'.

Qeyd edək ki, son zamanlar A Seriyasının oyunlarından sonra baş məşqçilər hakimlərin ünvanına mənfi fikirlər səsləndirirlər.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər