​Futbol üzrə Azərbaycan Premyer Liqasının 3 oyunu canlı yayımlanacaq

​Futbol üzrə Azərbaycan Premyer Liqasının 3 oyunu canlı yayımlanacaq

Bakı. 20 avqust. Azərbaycan Premyer Liqasının III turunun 3 oyunu canlı yayımlanacaq. 'Xeberler.ru'un məlumatına görə, ölkə çempionatının rəsmi yayım hüququna sahib olan CBC telekanalı hər oyun günündə bir qarşılaşmanı tamaşaçılara təqdim edəcək.

Futbol azarkeşləri avqustun 22-də 'Xəzər Lənkəran' - 'Rəvan', bir gün sonra isə AZAL - 'Qarabağ' matçını izləyə biləcəklər. Ayın 24-də isə 'Zirə' - 'İnter' oyunu canlı yayımlanacaq.

Bütün qarşılaşmalar saat 21.00-da start götürəcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər