​Futbol üzrə Azərbaycan Premyer Liqası: - 'Qəbələ' 'İnter'dən qolsuz bərabərliklə ayrılıb

​Futbol üzrə Azərbaycan Premyer Liqası: - 'Qəbələ' 'İnter'dən qolsuz bərabərliklə ayrılıb

Bakı. 12 avqust. Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib. 

'Xeberler.ru'un məlumatına görə, 'Dalğa Arena'da 'Qəbələ' 'İnter'i qəbul edib.

Görüş qolsuz tamamlanıb. 54-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Nika Kvekveskiri 'İnter'in qapısına təyin olunmuş penaltidən yararlana bilməyib. 'İnter'in qapıçısı Səlahət Ağayev sabiq komanda yoldaşının zərbəsini dəf edib.

Bu nəticədən sonra hər 2 komanda xallarını 4-ə çatdırıb və şərikli liderlərə çevrilib. Lakin 'Neftçi' bazar günü 'Zirə' ilə ev oyununda qalib gələrsə, vahid lider olacaq.

12 avqust (cümə)

20:00. 'Qəbələ” – 'İnter” - 0:0

54-cü dəqiqədə Nika Kvekveskiri ('Qəbələ') penaltini qaçırıb (qapıçı).

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. 'Dalğa Arena” stadionu

Qeyd edək ki, turun açılış oyununda 'Qarabağ' səfərdə 'Sumqayıt'ı məğlub edib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər