​'Barselona' 'Xetafe'ni 6:0 hesabı ilə darmadağın edib - VİDEO

​'Barselona' 'Xetafe'ni 6:0 hesabı ilə darmadağın edib - VİDEO

Bakı. 29 aprel. Kataloniyanın 'Barselona' klubu İspaniya Primyer Liqasının 34-cü turu çərçivəsində 'Xetafe'ni darmadağın edib.

'Xeberler.ru' xəbər verir ki, görüş 'Kamp Nou' stadionunda keçirilib və 6:0 hesabı ilə başa çatıb.

'Göy-qırmızılar' turnirdə ardıcıl üçüncü qələbələrini qazanıblar.

34 turdan sonra 'Barselona' hesabında 84 xalla turnir cədvəlinə liderlik edir. Cəmi 36 xal toplayan 'Xetafe' 13-cü yerdə qərarlaşıb.

İspaniya Primyer Liqası. 34-cü tur

'Barselona' (Barselona) – 'Xetafe' (Xetafe) – 6:0

Qollar: Messi, 9 (1:0, pen); Suares, 25 (2:0); Neymar, 28 (3:0); Xavi, 30 (4:0); Suares, 40 (5:0); Messi, 47 (6:0).

'Levante' – 'Kordoba' - 1:0

Qol: Barral, 41 (1:0)

'Atletik' – 'Real Soseydad' - 1:1

Qollar: Aduris, 52 pen. (1:0), De La Belya, 60 (1:1)


Mənbə: Report.az

Reklamlar