​Azərbaycan-Moldova oyununun biletləri satışa çıxarılıb

​Azərbaycan-Moldova oyununun biletləri satışa çıxarılıb

Bakı. 2 noyabr. Noyabrın 17-də Azərbaycan və Moldova yığma komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb. 'Xeberler.ru'un AFFA-ya istinadən verdiyi məlumata görə, VIP sektorlara biletlərin qiyməti 10 manat, digər yerlərə isə 1 manatdır.

Biletləri '28 Mall' ticarət mərkəzindən, 'Bakcell'in 'Sahil' müştəri xidmətlərindən və “Bakcell Arena”nın kassalarından, həmçinin www.tickets.affa.az ünvanından əldə etmək olar.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər