​Azərbaycan Premyer Liqasında XXIX turun oyunları keçiriləcək

​Azərbaycan Premyer Liqasında XXIX turun oyunları keçiriləcək

Bakı. 9 aprel. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. 'Xeberler.ru'un məlumatına görə, turun ilk 3 qarşılaşması arasında daha çox 'Xəzər Lənkəran' - 'Neftçi' matçı diqqət mərkəzində olacaq.

Son illərin ən prinsipial rəqibləri bu mövsüm çempionluqdan demək olar ki, əllərini üzüblər. Hazırda 'Neftçi' 45 xalla 3-cü, 'Xəzər Lənkəran' 26 xalla 7-ci pillədə qərarlaşıb. Flaqman qələbə qazanacağı halda, 2-ci pilləyə yüksələcək. Cənubluları isə 3 xal da irəli aparmayacaq.

Son 2 turda qələbəyə həsrət qalmış 'Qarabağ' eyni sayda məğlubiyyətə düçar olan AZAL-ı qəbul edəcək. Autsayderlərin duelində isə 'Sumqayıt' 'Bakı'nı sınağa çəkəcək.

Nəhayət, günün son matçında 4-cü pillənin taleyi böyük ölçüdə həllini tapacaq. 'Qəbələ' bu mövsüm ardıcıl 4 oyunda qalib gələ bilmədiyi 'Simurq'u qəbul edəcək. Zaqatala təmsilçisi ötən ay Roman Qriqorçukun komandasını Azərbaycan Kubokundan kənarlaşdırıb. Bu gün də qələbə qazanacaqları halda, qonaqlar Avropa Liqasına vəsiqə verən 4-cü pilləyə yüksələcəklər.

9 aprel (cümə axşamı)

17:00. 'Xəzər Lənkəran” – 'Neftçi” (Bakı)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov

'Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. 'Qarabağ” (Ağdam) – AZAL (Bakı)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov

Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov

Bakı. 'Bakcell Arena”

17:00. 'Sumqayıt” – 'Bakı”

Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev

Sumqayıt. 'Kapital Bank Arena”

19:00. 'Qəbələ” – 'Simurq” (Zaqatala)

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov

Qəbələ şəhər stadionu, 19:00


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər