​Azərbaycan Premyer Liqasında XIX turun proqramı açıqlanıb

​Azərbaycan Premyer Liqasında XIX turun proqramı açıqlanıb

Bakı. 27 yanvar. Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun proqramı açıqlanıb. 'Xeberler.ru'un məlumatına görə, 2015-ci ilin ilk oyununda Bakı 'İnter'i və 'Sumqayıt' qarşılaşacaq.

Turun 4 qarşılaşmasından 3-ü Bakıda keçiriləcək. Bölgədə keçiriləcək yeganə oyun həm də turun son görüşü olacaq. Zaqatalada baş tutacaq matçda 'Simurq' və 'Xəzər Lənkəran' komandaları üz-üzə gələcək.

30 yanvar (cümə)

16:00. 'İnter' (Bakı) – 'Sumqayıt'

Bakı. 'İnter Arena'

31 yanvar (şənbə)

16:00. AZAL (Bakı) – 'Neftçi' (Bakı)

Bakı. 'AZAL Arena'

01 fevral (bazar)

14:00. 'Bakı' – 'Qəbələ'

Bakı. “Bakı' klubunun təlim-məşq bazasının stadionu

17:00. 'Simurq' (Zaqatala) – “Xəzər Lənkəran”

Zaqatala. Zaqatala şəhər stadionu

Qeyd edək ki, Premyer Liqada çıxış edən komandaların sayı tək olduğundan 'Qarabağ' klubu bu tur istirahət edəcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər