​Azərbaycan milli komandası Belarusa yollanacaq

​Azərbaycan milli komandası Belarusa yollanacaq

Bakı. 12 avqust. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 17-dən 23-dək Bakıda təlim-məşq toplanışı keçəcək. 'Xeberler.ru'un məlumatına görə, komanda avqustun 24-dən 28-dək Ukraynanın Kiyev şəhərində, avqustun 29-dan sentyabrın 6-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq.

Yığmanın avqustun 25-də və 27-də Kiyevdə ukraynalı həmyaşıdları ilə, sentyabrın 3-də və 5-də isə Minskdə Belarusun müvafiq yaş qrupuna aid yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər