​Azərbaycan Kubokunda 'İnter' və 'Qarabağ'ın rəqibləri müəyyənləşib

​Azərbaycan Kubokunda 'İnter' və 'Qarabağ'ın rəqibləri müəyyənləşib

Bakı. 14 oktyabr. Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə son 3 vəsiqədən 2-nin sahibi müəyyənləşib. 'Xeberler.ru'un məlumatına görə, bunlar 'Turan Tovuz' və 'Şəmkir' klublarıdır.

Tovuz təmsilçisi 1/8 final mərhələsində Bakı 'İnter'i ilə üz-üzə gələcək. Baş məşqçi Nizami Sadıqovun komandası ilkin təsnifat mərhələsində MOİK-i Bakıda 2:1 hesabı ilə məğlub edib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha bir qol vuran Qərb təmsilçisi adını növbəti mərhələyə yazdırıb.

'Şəmkir' isə Qusarda 'Şahdağ' klubunu 3:1 hesabı ilə məğlub edib. Püşkatmaya əsasən, Kamran Əlibabayevin başçılıq etdiyi komanda 1/8 finalda 'Qarabağ'ın qonağı olacaq. Oyunlar dekabrın 2-də baş tutacaq. 

Qeyd edək ki, ilkin təsnifat mərhələsinin son oyunu da bu gün keçiriləcək. Saat 20:00-da start götürəcək 'Şərurspor' - 'Qaradağ Lökbatan' görüşünün qalibi 1/8 finalda 'Neftçi' ilə qarşılaşacaq.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər