​AZAL klubunun futbolçusu Moskvada növbəti kimya terapiyasından keçəcək

​AZAL klubunun futbolçusu Moskvada növbəti kimya terapiyasından keçəcək

Bakı. 1 iyun. Bakının AZAL klubunun dirsək nahiyəsində şiş aşkarlanan futbolçusu Rüfət Musayev növbəti müalicə kursu keçmək üçün Rusiyanın paytaxtı Moskvaya yola düşəcək. Bu barədə 'Xeberler.ru'a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, artıq 30 yaşlı müdafiəçinin səfər biletləri alınıb və iyunun 5-də Musayev R.Moskvaya yollanacaq: 'Bu, Rüfətin 5-ci kimya terapiyası olacaq. Vəziyyəti yaxşıdır. Həkimlərin göstərişinə əsasən, müalicə davam edir. Reabilitasiya müddəti normal keçib və heç bir problem yoxdur. İnanırıq ki, tezliklə hər şey düzələcək'.

Qeyd edək ki, bu ilin yanvarında Rüfət Musayevin dirsəyində şiş aşkarlanıb və futbolçunun müalicəsinə başlanılıb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər