​'Apollon' Bakıya 22 futbolçu ilə gələcək

​'Apollon' Bakıya 22 futbolçu ilə gələcək

Bakı. 4 avqust. Futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda 'Qəbələ' klubu ilə qarşılaşacaq Kiprin 'Apollon' klubu Bakıya 22 futbolçu ilə gələcək. 'Xeberler.ru'un məlumatına görə, komanda sabah Bakı vaxtilə saat 13:00-da paytaxtda olacaq

Baş məşqçi Pedro Emanuel özü ilə bu futbolçuları gətirəcək: Esteban Saçetti, Bruno Veyle, Markos Qullon, İsli Hidi, Rosa Farley, Nuno Lopes, Xristos Viler, Fotis Papoulis, Michalis Fani, Qiorqos Kolokoudias, Leandro Freyre, Yoao Pedro, Elizio Silva, Marios Stilyanou, Roqeryo Konseisao, Anqelis Anqeli, Aleksandr Da Silva, Yaime Simoes, Stilianos Stilianou, Qiorqos Merkis, Qiorqos Vassiliou, Abraham Quye Quye.

Qeyd edək ki, avqustun 6-da 'Bakcell Arena'da keçiriləcək 'Qəbələ' - 'Apollon' qarşılaşması saat 21:00-da start götürəcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər