​Amerika Kubokunun 1/4 finalçıları müəyyənləşib

​Amerika Kubokunun 1/4 finalçıları müəyyənləşib

Bakı. 15 iyun. Futbol üzrə Amerika Kubokunun 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. 

'Xeberler.ru'un məlumatına görə, Braziliya, Uruqvay, Kosta-Rika yığmaları müsabiqədən kənarda qalıb.

A qrupunda hərəyə 6 xalla ABŞ və Kolumbiya yığmaları növbəti mərhələyə vəsiqə qazanıb. B qrupunun birincisi 7 xal toplayan Peru, ikinci pillədə isə aktivində 5 xal olan Ekvador qərarlaşıb. Yarımfinala gedən yolda ABŞ Ekvadorla, Peru isə Kolumbiya ilə qarşılaşacaq.

C qrupunda Meksika və Venesuela yığmaları 7 xalla 1/4 finala yüksəlib. Meksikanın rəqibi 6 xalla D qrupunda ikinci yeri tutan Çili olacaq. Venesuela isə 9 xalla sonuncu qrupun lideri olmuş Argentina ilə üz-üzə gələcək.

Qeyd edək ki, oyunlar 17, 18 və 19 iyunda keçiriləcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər