'Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları'nın dövlət xidmətinə qarşı iddiası təmin edilib

'Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları'nın dövlət xidmətinə qarşı iddiası təmin edilib

'Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları' İctimai Birliyi (AHİTA) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.

'Xeberler.ru'un xəbərinə görə, əmlak kompleksinin qeydə alınaraq reyestrdən çıxarışın verilməsi haqqında iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb və təmin edilib.

Məhkəmənin qərarından cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlham Əhmədovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, 1993-cü ildə yaradılmış AHİTA-nın strukturuna 5 idman cəmiyyəti - “Məhsul”, “Spartak”, “Zenit”, “Gənclik”, “Qarabağ” və 4 idman klubu – “Atilla”, “Pəhləvan”, “Şahmat və Dama”, “Alpinizm və Turizm” daxildir.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər